ozguven

Özgüvən

İşgüzar həyatda özünə əmin, özgüvəni yüksək və ambisiyalı peşəkar olmaq istəyirsinizsə doğru məkandasınız. Bu məqalədə peşəkar həyatda özgüvənin artırılması haqqında qısa araşdırmamızın sizə kömək olacağını düşündük.

Əsas sual, özgüvən necə əldə edilir? Özünə inam öz qabiliyyətlərinə, keyfiyyətlərinə və mülahizələrinə etibar hissi kimi müəyyən edilir. Özünə inam sizin sağlamlığınız və psixoloji əmin-amanlığınız üçün vacibdir. Sağlam özünə inam səviyyəsinin saxlanılması sizə şəxsi və peşəkar həyatda uğur qazanmağa kömək edə bilər.

Bəziləri sosial həyatda özündən razı, burnu havada görünməmək üçün özgüvən mövzusunu incələmir, həyatda tərtib etmirlər. Əslində isə, bu amil qurduğunuz bütün vacib bacarıq və vərdişlərin yerinə yetirilməsinə dayaqdır. Məsələn, işdə bir layihə ideyanız var, onu formalaşdırırsınız, ətraflı araşdırma, statistika, əlaqələri və əməkdaşları tapırsınız, üzərində gecə güzdüz işləyirsınız. Sizcə bu nəticədə layihəni uğurlu təqdim etmək üçün kifayət edirmi? Özgüvəni aşağı olan işçilər nəinki layihəni planlaşdırdığı kimi təqdim edə bilmir, hətta bəzən bu rolu digərlərinə həvalə edirlər.

İşgüzar aləmdə Pitching yəni qısa zamanda təqdimat etmək bacarığında da özgüvənsiz, potensial işə götürənlə ünsiyyətə başlamaqdan da tərəddüd etmək mümkündür.

Bəlkə də rəhbər vəzifəsinə təyin edildiniz, lakin özgüvənin, edə biləcək işlər və bacarıqlarınızdan tam əmin deyilsiniz, özünüzü səhvlərdə qınayırsınız. Bu halda tabeliyinizdə olan işçi qruplarının gözündə həm şəxsi brendiniz zədələnə həm də motivasiyanızın aşağı düşə bilər.

Bəs belə halların yaşanmaması üçün nə edə bilərsiniz?

Öz super gücünə inanın- Aydındır ki, inam üzərində dayanan özgüvən xüsusiyyətini inkişaf etdirmək faydalıdır. Lakin bu xüsusiyyət başqalarından yox, öz daxilindən gəlməlidir. Başladığınız işdə tərəddüdə məhəl qoymayın, bir uşaq kimi mümkünsüzlüyü mümkün etmək arzusu ilə işləyin. Bu halda qarşıya çıxan istənilən çətinlik güclü özgüvəniniz hesabına aşılacaq.

Daxili ünsiyyət- cəmiyyətdə özgüvənli peşəkar kimi görsənmək, sizi daxildə daha inamlı etməz. Özünüzlə səmimi olun, dürüst olun. Publikaya deyil, həqiqətən özünüzə bu və ya digər işin, problemin, vəzifənin öhdəsindən gələcəyinizə inandırın. Tək qaldıqda, öz-özünüzlə ümsiyyətdə motivasiya və ruh yüksəkliyi saxlamaqdan çəkinməyin. Hətta bəzi audio və ya video materiallar dinləyin.

Daim sınayın- öyrənmək, bilik əldə etmək vacibdir, lakin təcrübədə, real həyatda çətinliklər və səhvlər ilə qarşılaşaraq qazanılmış uğurun gətirdiyi özgüvən qədəri yoxdur. Yeniliklər sınayın, yeni üsullar seçin, yoxlayın, yenidən başlayın. Bu addımlar nə istədiyinizi və əminliklə nə olmaq istəmədiyinizi sizə göstərməklə, inamla məsqədin üzərində tərəddüdsüz çalışmanıza şərait yaradacaq.

Rəqabətli olun- bu mərhələdə xüsusi vurğulamaq istədiyimiz məqamlar var. Rəqabət dedikdə, sağlam, inkişafa yönəlmiş rəqabət nəzərdə tuturuq. Yəni qətiyyən öz məqsədlərinizi və uğurunuzu başqaları ilə müqayisə etməyin. Qonşu nə edib, nələrdən keçərək edib və nələr əldə etdiyini təkrar etmək fayda verməz. Öz yolunuzda, öz çətinliklərinizə meydan oxuyun. Həmçinin uğur qazanmış nümunələrdən ilhamlanın, faydalanın və alternativ həllərə fokuslanın.

Bonus məsləhətimiz odur ki, karyeranın ilkin addımlarında özgüvənli olmağa yönəlməyə ehtiac yoxdur. Təcrübə qazandıqca və peşəkarlaşdıqca, ilk növbədə özünüz və ətrafınız daha inamlı addımladığınıza şahidi olacaq, yetər ki öz potensialınızdan vazgeçməyin.