ozumuzle-uz-uze-felsefi-psixoloji-meslehetlesmeler-proqraminin-menevi-bohran-movzusunda-praktiki-seminari-bas-tutacaq--

"Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramının "Mənəvi böhran" mövzusunda praktiki seminarı baş tutacaq

Əziz dostlar!
"Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramı, praktiki seminar formatında davam edir!

ABŞ məzunları ilə iş çərçivəsində keçirilən "Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramının baş tutacaq növbəti praktiki seminarının mövzusu "Mənəvi böhran" olacaqdır.
“Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramı Azərbaycanda və post-sovet ölkələrində hələ geniş yayılmayan Fəlsəfi Terapiya istiqamətində aparılan maarifləndirici proqramdır.

Proqramın aparıcıları:
Könül Bünyadzadə - ABŞ Dövlət Departamentinin IVLP proqramının məzunu, Fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü, Fəlsəfə İnstitutunun şöbə müdiri
Elmir Əkbər - ABŞ Dövlət Departamentinin IVLP proqramının məzunu, Psixoterapevt, Psixoanalitik, V. M. Bexterev adına Psixonevroloji Araşdırmalar İnstitutunun məzunu, Azərbaycan üzrə nümayəndəsi və koordinatoru, Vyana Psixoterapiya və Moskva Psixoanaliz İnstitutlarının məzunu.

Tədbirdə iştirak ödənişsizdir!
İştirak üçün Qeydiyyat linki

26 aprel 2023
17:00

R. Behbudov, 134, Azərbaycan Dillər Universiteti, 1-ci mərtəbə
tel:(012) 441 36 80
[email protected]