ozumuzle-uz-uze-praktiki-seminarina-devetlisiniz--

"Özümüzlə üz-üzə” praktiki seminarına dəvətlisiniz!

Əziz dostlar!

"Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramı, praktiki seminar formatında geri dönür!

 ABŞ məzunlari ilə iş çərçivəsində keçirilən "Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramının baş tutacaq növbəti praktiki seminarının mövzusu "Postpandemiya dövründə sosial-mədəni,psixoloji məqamlar" olacaq.

“Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramı Azərbaycanda və post-sovet ölkələrində hələ geniş yayılmayan Fəlsəfi Terapiya istiqamətində aparılan maarifləndirici proqramdır.

Proqramın aparıcıları:
Könül Bünyadzadə - Fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü, Fəlsəfə İnstitutunun şöbə müdiri

Elmir Əkbər - ABŞ Dövlət Departamentinin IVLP proqramının məzunu, Psixoterapevt, Psixoanalitik, V. M. Bexterev adına Psixonevroloji Araşdırmalar İnstitutunun məzunu, Azərbaycan üzrə nümayəndəsi və koordinatoru, Vyana Psixoterapiya və Moskva Psixoanaliz İnstitutlarının məzunu

  • Tədbirdə iştirak ödənişsizdir!
  • Pandemiya səbəbindən yerlər məhduddur!

Mərkəzə daxil olarkən COVİD-19 əleyhinə peyvənd və ya immunitet sertifikatı təqdim etməyiniz tələb olunur!

İştirak üçün səhifənin bio hissəsindəki linkə daxil olaraq qeydiyyatdan keçmək lazımdır!

13 aprel 2022
16:00
R. Behbudov, 134, Azərbaycan Dillər Universiteti, 1-ci mərtəbə
(012) 441 36 80
[email protected]