ozun-yarat-2021-musabiqesine-muraciet-qebulunun-tarixi-uzadildi

"Özün Yarat 2021" müsabiqəsinə müraciət qəbulunun tarixi uzadıldı!

"Özün Yarat 2021" müsabiqəsinə müraciət qəbulu 15 oktyabr 2021-ci il tarixinə kimi uzadıldı! 
Əgər siz də iştirakçı Leyla Məmmədova kimi yenidən yaratmağa və ətraf mühiti qorumağa qərarlısınızsa, elə indi müraciət edin və pul mükafatları qazanın

Müsabiqə köhnə və lazımsız əşyalardan yeni məhsulların hazırlanmasını təbliğ etməklə yanaşı, ideya müəlliflərinə öz layihələrini digər iştirakçılarla paylaşmaq imkanı yaradır.
Platforma daha çox insanın gündəlik həyatda tullantı hesab etdikləri əşyaları təkrar istifadə edərək yeni məhsullar yaratmağa çağırır. Müsabiqə iştirakçıları burada əşyaların yenidən istifadəsi barədə yaradıcı ideyalar tapa və bölüşə bilərlər.
Musabiqənin nəticələri oktyabr ayında elan olunacaq və 1, 2 və 3-cü yerlərin qaliblərinə müvafiq olaraq 1500, 1000 və 500 AZN məbləğində pul mükafatları təqdim olunacaqdır.


Son müraciət tarixi: 15 Oktyabr, 2021
İndi müraciət edin