ozunu-basqalari-ile-muqayise-etme--ozun-ile-reqabet-apar--

Özünü başqaları ilə müqayisə etmə- Özün ilə rəqabət apar

Özünü niyə başqaları ilə müqayisə edirsən? 


Bu mənfi vərdişi dayandır. Başqalarının uğurlarını və ya necə olduğu ilə özünü müqayisə etdiyin zaman daxilən özünü narazı hiss edəcəksən.
Səbəb isə müqayisə etməyə başladığın zaman, şüuraltı olaraq, onların səndən daha yaxşı olduğuna inanmağa başlayırsan. 
Həmçinin başqaların həyatları, arzuları və reallıqları arxasınca qaçdıqda, sənin artıq əlinda olan uğurlarını və nəaliyyətlərini görməzdən gəlirsən. Sadəcə bir anlıq düşün, sənin yerində olmaq istəyən, səndə mövcud olanlar üçün xəyallar quran insanlar var. Xüsusən sosial media üzərində görünən həyatın real olduğuna, digərlərinin daha uğurlu, xoşbəxt və bəyənilən olduğunu düşünüb, onlar kimi olmaq istəyi yaranır. Lakin öz sahəsinin peşəkarı nəinki sosial medianın yaratdığı illuziyaya inanmır, həmçinin özünü kimlərsə tərəfindən qiymətləndirilmək uğrunda çalışmır. Təəssüfki, gənc nəsilin düşdüyü bu tələdən çıxıb, özünü bəyənmək, olduğun kimi dəyərləndirmək və özünü başqalrına görə yox, öz gələcəyin üçün inkişaf etdirmək get-gedə çətinləşir.
Uğurlu insanlar sağlam rəqabət ilə irəlləyən insanlardır. Onlar özlərini başqaları ilə deyil, öz keçmişi ilə müqayisə edirlər. 


Bəs müqayisə etməyi dayandırmaq üçün nə etməli? 
İlk növbədə sosial medianın səni həvəsdən salmasına icazə vermə. Heç kəs uğursuzluğunu və ya hər hansı nəaliyyəti əldə etmək üçün nələrdən keçdiyi barədə məlumatı dərc etmir. Bizim orda gördüyümüz yalnız gözəl nəticələr olur. Başqalarının uğurlarını dəstəkləyib, nümunə götürərək davam etsən, özün ilə müqayisə etməməyinə kömək ola bilər. 
Cəmiyyət təzyiqini də yaşam boyunca müşahidə edirik. El arasında daim eşitdiyimiz o “xalxın uşağı” ifadəsi daima bizi kimlərləsə müqayisə edib. Əslində bu, özgüvənin aşağı salınması və psixoloji təzyiqin ən sadə nümunəsidir. Hətta valideyn bu kimi müqayisələrdən istifadə edərək, övladını motive etməyə çalışdığını düşünsə də, tam əks effekt əldə etmiş olur. Nəticədə həmin gənclər böyüyüb, daima özlərini kimlərləsə müqayisə edən, başqalarının uğur kölgələrində qalan şəxslərə çevrilirlər. 
Bu kimi hadisələrin qurbanı olma. Edilən təzyiqləri və ya toplum fikirlərindən yan keçərək, sənə faydalı olacaq işlərdə addımla və hər kiçik nəaliyyətini bayram et. 
Müqayisədən uzaqlaşma vasitələrindən biri də öz bacarıqlarını təhlil etməkdir. Özünü real və sağlam qiymətləndirə bilən peşəkarlar, daha uğurlu olurlar.
Özünüzü başqaları ilə müqayisə etdiyin zaman, məqsədlərini onların məqasədləri ilə bərabər tutursan. Halbuki, hər birimizin imkanları və əldə olan resurslarımız fərqli olduğuna görə əldə etmək istəyimiz nəticə də müxtəlif olur. 
Özündə daha yaxşısına nail ola bilmə patensialını, müqayisə ilə boğma. 
Məsləhət al, təcrübələr dinlə və müşahidə et, yenilikləri cəhd et lakin başqalarının ayaqqabısını geyinib, yeriməyə çalışma. Çünki uğur, bir tort deyil və başqasının daha çox hissəyə sahib olacaq qorxusu səni müvəffəqiyyətsizlikdən başqa heç nəyə aparmayacağını unutma. 
“Günəşlə ay arasında heç bir müqayisə yoxdur- hərəsinin vaxtı gəldiyi zaman parlayırlar.”