ozunu-kesf-niye-onemlidir

Özünü kəşf niyə önəmlidir?

Başqalarını tanıyan ağıllı, özünü tanıyan isə kamildir. (Lao Tzu)


Özünü təhlil hər bir insanın həyatında vacib rol oynayır. Bu proses effektiv şəkildə həyata keçirildiyi təqdirdə bir çox suala da asanlıqla cavab tapılır. Özünü kəşf etmə prosesi əslində bir dəfə həyata keçirdiyiniz bir şey deyil, əksinə davam edən bir öhdəlikdir. Bəs bunu necə edə bilərik? Özünü təhlil prosesini həyata keçirmək üçün hansı mərhələlərdən keçmək lazımdır. Gəlin birlikdə baxaq.


1.    Özünü tanımağa başlamaq
İnsanları tanıdıqca daha da yaxın oluruq, doğma hiss edirik. Bir insanın pis və yaxşı tərəflərini, emosiyalarını, təcrübələrini görəndə onunla daha yaxşı əlaqə qura bilirik. Bu proses sizin özünüzlə münasibətiniz üçün də keçərlidir.
Kim olduğunuzu və nə istədiyinizi öyrəndikcə, münasibətlərimiz daha güclü olur. Bəs bunu necə edə bilərik? Tək başına vaxt keçirin. Muzeyə gedə bilər və ya parkda gəzə bilərsiniz, nə düşündüyünüzü, necə hiss etdiyinizi müşahidə edin. 
Müxtəlif vəziyyətlərdə nə hiss etdiyinizə diqqət yetirin. Daim müşahidə prosesini həyata keçirin. 

2.    Ehtiyacları daha yaxşı anlamaq
İkinci faydası ehtiyaclarınızı daha yaxşı anlayacaq və həqiqətən nəyə ehtiyacınız olduğunu biləcəksiniz. İnsan olaraq tez-tez başqalarının istəklərimiz və həyatda olan ehtiyaclarımız haqqında söylədikləri fikirlərə görə istiqamətimizi formalaşdırırıq.
Reklamlar, məşhurlar, dostlarımız və ailə üzvlərimiz bizi fərqli istiqamətlərə yönləndirə bilir. Özümüzü tanıdıqca bu istiqamətlərə meyillilik azalır və real ehtiyaclara köklənirik.
Bunu aydınlaşdırmaq üçün özünüzə sizi nəyin xoşbəxt etdiyi sualını verin. Sizə uyğun olmayan məqsədləri izləməyin və əvvəl özünüzü dinləyin. Ən yaxşı kompas içinizdəki səsdir. O səsi eşitməyi öyrəndikdə etdiyiniz şeylərdən zövq almağa başlayırsınız.
3.    Nəyi niyə istədiyinizi aydınlaşdırmaq
Ehtiyaclarınızdan başqa, nəyə görə müəyyən şeylər istədiyinizi və məqsədlərinizin nədən ibarət olduğunu bilmək istəyə bilərsiniz. Məsələn, bir çox insanlar bahalı  avtomobil və ya yeni brend bir saat istədiklərini düşünürlər. Ancaq daha dərinə getsələr, həqiqətən istədiklərinin daha yüksək sosial status və ya maddi təhlükəsizlik hissi və ya tamamilə fərqli bir şey olduğunu görəcəklər.


Özünüzə niyə sualını verməyi bacarın. İstədiyiniz əşyaları, vəzifələri və s. niyə istədiyinizi və konkret nə istədiyinizi doğru sualları verərək və bu suallar üzərində düşünərək tapa bilərsiniz. Həmin cavabları tapdığınız təqdirdə bir çox sualın cavabını tapmış və ya bir çox məsələ ilə bağlı bir nəticəyə gəlmiş olursunuz. Vacib olan doğru zamanda o sualları verməkdir.