ozunumesgulluq-proqramina-yeni-biznes-zerfleri-elave-edilecek

Özünüməşğulluq proqramına yeni biznes zərfləri əlavə ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırası genişlənir.

Qeyd edək ki, hazırda özünüməşğulluq proqramı çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 41 iqtisadi fəaliyyət sahəsi üzrə biznes paket təqdim edilir.

İşsiz və işaxtaran vətəndaşların kiçik biznesə sahib olmasına imkan yaradan bu fəaliyyət sahələrinə başqa hansı biznes zərflərinin əlavə edilməsini istəyərdiniz?