paris-sulh-konfransi-movzusunda-simulyasiya-oyunu--

Paris Sülh Konfransı mövzusunda Simulyasiya Oyunu

Tariximizdə iz buraxan hadisələrə yuxarı sinif şagirdləri ilə birgə nəzər salırıq.

 "ADAMUN" Klubu 20-ci əsrin ən mühüm beynəlxalq müqavilələrindən birini müzakirə etməyin hayacanını yaşatmaq üçün 10 və 11-ci sinif şagirdlərinə simulyasiya oyunu təşkil edir.

 Simulyasiyada iştirak edərək Paris Sülh Konfransında bir ölkəni təmsil edən nümayəndə rolunu oynayacaqsınız.

 Özünü gələcək diplomat kimi görən məktəblilər üçün diplomatik münasibətlərin necə idarə edildiyi barədə təsəvvür əldə etmək vacibdir. Bu gün yaşadığımız dünyanı formalaşdıran tarixi hadisalar barada öyrənmək, natiqlik bacarıqlarını təkmilləşdirmək istəyən şagirdləri simulyasiyada iştirak etməyə dəvət edirik.

Son tarix: 28 fevral

Nəzərə alın ki, Paris Sülh Konfransında 32 ölkə təmsil olunduğuna görə, tədbirdə iştirak üçün limitli sayda namizəd seçiləcək. Ona görə də, qeydiyyat formasını diqqətli şəkildə doldurun. Qeydiyyatdan keçən namizədlərə proqram planı göndəriləcək. 

Tarix: 1-3 mart, 2023

Saat: 14:00

Məkan: ADA Universiteti

Dil: Azərbaycan dili

Qeyd: Sonda sertifikat veriləcək.