PAŞA Sığorta çevik düşüncə tərzini yaymaq üçün “Agile Studio” proqramına start verir!
Proqram iştirakçılan 8 həftə ərzində Agile prosesləri mənimsəyərək dəyişikliklərə çevik reaksiya verməyi, komandalar arası sinxron iş mühitini yaratmağı dərindən öyrənəcək və simulyasiya vasitəsilə praktiki bacarıqlar əldə edəcəklər.
Agile yanaşmaya marağı olan, öz düşüncə tərzini dəyişmək istəyən, motivasiyalı və yeni biliklər öyrənməyə açıq olan gənc peşəkarlar bu proqramda iştirak edə bilər.
Proqram sizə nələr qazandıracaq?
- Peşəkar təlimçilərdən öyrənmək və onlarla ünsiyyətdə olmaq;
- Agile yanaşma barədə biliklərə bu yanaşmanı ilk tətbiq edən şirkətlərdən birində yiyələnmək;
- Bu sahədə digər peşəkarlarla ünsiyyət qurmaq və həmfikir şəxslardən ibarət şəbəkə qurmaq;
- Son tendensiyalardan xəbərdar olmaq;
- Fərqlənən iştirakçılar üçün mentorluq/koucing sessiyası.
Proqrama müraciət üçün qeydiyyatdan keçmiş namizədlər xüsusi seçim yolu ilə təyin ediləcək.
Müraciət üçün son tarix: 10 iyul 2023-cü il