payiz-zeferi-adli-dusergenin-qeydiyyat-merhelesine-start-verildi--

"Payız Zəfəri" adlı düşərgənin qeydiyyat mərhələsinə start verildi!

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 20-27 Oktyabr 2021-ci il tarixlərində "Payız Zəfəri" adlı düşərgənin qeydiyyat mərhələsinə start verildi!

"Payız Zəfəri" düşərgəsi Göygöl Olimpiya Kompleksində 18-25 yaşarası gənclər arasında keçiriləcəkdir.

Düşərgənin gənclər arasında keçirilməsinin əsas məqsədi gənclərin xaricdə təhsil, təqaüd proqramları və oradakı tələbə mühiti haqqında daha çox məlumatlandırmaqdır.

Düşərgə 7 gün 6 gecə müddətində davam edəcəkdir. İştirakçıların yaşayışı və yemək xərcləri təşkilatçı tərəfindən qarşılanacaqdır.

Sonda iştirakçılara sertfikat və hədiyyələr təqdim olunacaq

"Payız Zəfəri"-düşərgəsində iştirak etmək istəyənlər 16 oktyabr 2021-ci il tarixinədək online qeydiyyat formunu dolduraraq qeydiyyatdan keçə bilərlər

Qeydiyyat: