Pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr arasında təhsil mövzularında debat turniri!
"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin birgə təşkilatçılığı ilə pedaqoji və təhsil yönümlü ixtisaslarda təhsil alan tələbələr arasında təhsil sahəsinin aktual mövzuları üzrə debat turnirləri təşkil ediləcək.
Tənqidi və analitik düşüncə qabiliyyətinin formalaşdırılması, araşdırma və təhlil, özünü ifadə və diskussiya bacarıqlarını təkmilləşdirilmək imkanı yaradacaq layihə çərçivəsində ilkin mərhələdə debat haqqında təməll məlumatların və oyun qaydalarının izah ediləcəyi təlim kursu təşkil ediləcək. Növbəti mərhələdə təlim programını uğurlu tamamlamış tələbələr arasında debat turnirləri keçiriləcək və qalib komandalara sertifikat və mükafatlar təqdim olunacaq.
Qeyd edək ki, layihədə iştirak üçün müraciət edəcək tələbələrin pedaqoji sahədəki bilik və bacarıqlarının, həmçinin təhsil siyasətinə dair ümumi məlumatlılıq səviyəsinin ölçülməsi məqsədi ilə qiymətləndirmə mərhələsi təşkil olunacaq.
Təhsil sahəsində müzakirə həmişə faydalı və maraqlıdır, belə ki, qeydiyyatdan keçməyə tələsin və turnirlərdə raqib olmaq istədiyiniz dostlarınızı ray bölməsində qeyd edin.