pese-tehsil-merkezi-yeni-tedris-ilinde-elektronika-ustasi-ixtisasi-uzre-telebe-qebulu-elan-edir--

Peşə Təhsil Mərkəzi yeni tədris ilində “Elektronika ustası” ixtisası üzrə tələbə qəbulu elan edir.

İqtisadi Zonaların İnkişaf Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi yeni tədris ilində “Elektronika ustası” ixtisası üzrə tələbə qəbulu elan edir.

Elektronika və kommunikasiya sistemləri, nəzarət sistemləri və displey sahəsində işləmək istəyənlər üçün bu ixtisas elektron ölçmə bacarıqları, yarımkeçirici dövrlər bacarıqları, elektron dövrələrin layihəsi bacarıqları, AVR prosessorunun tətbiqi bacarıqları, quraşdırılmış sisemin tətbiqi bacarıqları, rəqəmsal dövrələr bacarıqlarının və müvafiq elektron ixtisaslar üçün istehsalatda lazım olduqda quraşdırma və texniki xidmət bacarıqlarının aşılanmasına yönələn peşə təhsili vasitəsilə tələbələrə yaxşı iş imkanları təmin edir.

Bu kursu bitirdikdən sonra tələbə aşağıdakı bacarıqlaraa malik olacaqdır:
1. Enerji təchizatı sxeminin yaradılması
2. Müxtəlif elektron sxemlərin yaradılması
3. CAD proqramları ilə elektron sxemlərin çəkilməsi
4. CAD proqramı ilə elektron dövr üçün PCB dizayn
5. Rəqəmsal sxemlərin yaradılması
6. Müxtəlif sənaye elektron cihazlarının quraşdırılması və təmiri
7. Müxtəlif məişət texnikasının quraşdırılması və təmiri
8. Rəqəmsal dövrlərin yığılması

DİQQƏT! “Elektronika ustası” ixtisasına qəbul tam orta təhsil bazasından (11-ci sinifdən, 1 illik) aparılır.

Tədris dövlət vəsaiti hesabınadır. Dərslər həftədə 5 dəfə olmaqla  (09:00 – 15:00 saatlarında) tədris edilir.
 

Elektron müraciət üçün link


Tel:  (051)-205-97-54   /    (051)-277-37-56
Mail:   [email protected]
Ünvan:  Sumqayıt şəhəri, Kimyaçılar küç. 1, AZ5002
www.ptm.scip.az