Peşə təhsil pilləsi üzrə elektron qəbul davam edir!
2 sentyabr tarixindən 2021/2022-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsinə start verilir.
Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər.
Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıq olacaqdır.
Son müraciət tarixi: 06 sentyabr saat 23:59
Qeydiyyat linki