“Peşəkar İnkişaf Təlimləri 10”-a start veririk!
PROGRO platforması sizi “Peşəkar İnkişaf Təlimləri 10” adlı onlayn təlimlərə dəvət edir.
Əgər:
- Uğurlu karyeraya başlamaq;
- Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək;
- Həyatdakı seçimlərinizi genişləndirmək istəyirsinizsə;
- O zaman TƏLƏSİN və bizimlə peşəkar gələcəyinizin ilk addımlarını atın!
Təlim zamanı əhatə olunacaq mövzular:
- Tənqidi düşüncə
- Emosional zəka
- Təqdimat
- Karyera planlaması
- CV
- Müsahibə
- Şəxsi brendinq
- Şəbəkələşmə
- Onlayn biznes
- Peşəkarlarla görüş
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:
- Orta və ya ali ixtisas təhsilli;
- İnternetə mütəmadi qoşulma imkanı olan;
- Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.
İştirak etmək istəyənləri 15 aprel 2021-ci il tarixinədək müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:
Zoom vasitəsilə keçiriləcək onlayn təlimlərdə iştirak tamamilə ödənişsizdir!
“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması”
UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ( Dövlət Məşğulluq Agentliyi ) tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.