“Peşəkar İnkişaf Təlimləri” adlı onlayn təlimlər keçiriləcək!
PROGRO platforması sizi “Peşəkar İnkişaf Təlimləri” adlı onlayn təlimlərə dəvət edir.
Əgər:
- Uğurlu karyeraya başlamaq; 
- Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək; 
- Həyatdakı seçimlərinizi genişləndirmək istəyirsinizsə; 
- O zaman TƏLƏSİN və bizimlə peşəkar gələcəyinizin ilk addımlarını atın! 
Təlim zamanı əhatə olunacaq mövzular:
- Karyera planlaması 
- Təqdimat 
- Tənqidi düşüncə 
- Emosional zəka 
- Şəxsi brendinq 
- CV 
- Müsahibə 
- Şəbəkələşmə 
- Onlayn biznes 
- Peşəkarlarla görüş 
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:
- 30 yaşı tamam olmamış; 
- Orta və ya ali ixtisas təhsilli; 
- İnternetə mütəmadi qoşulma imkanı olan; 
- Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər. 
İştirak etmək istəyənləri 29 iyun 2023-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:
Zoom vasitəsilə keçiriləcək onlayn təlimlərdə iştirak tamamilə ödənişsizdir!
“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması”
Qeyd: UNDP Azerbaijan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.

 
					 
                                     
                                     
									 
									