pesekar-inkisaf-telimleri-nin-10-cusuna-start-verdik--

"Peşəkar İnkişaf Təlimləri"-nin 10-cusuna start verdik! 

Gənclərimizi gələcəyin iş yerlərinə hazırlamağa davam edirik və bu həftə "Peşəkar İnkişaf Təlimləri"-nin 10-cusuna start verdik! 

Təlimlərdə iştirak üçün 32 nəfər gənc seçildi.

"Peşəkar İnkişaf Təlimləri" zamanı iştirakçılar karyera planlaması, təqdimat, tənqidi düşüncə, emosional zəka, şəxsi brendinq, CV, müsahibə, şəbəkələşmə, onlayn biznes kimi mövzularda maariflənəcək və onları maraqlandıran sualları verə biləcəklər. Onlar həmçinin öz sahəsi üzrə peşəkarlaşmış qonağımızla görüşmək imkanı qazanacaqlar.

“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” BMT-nin İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.