pesekar-psixoloq-tecrube-proqrami--

“PEŞƏKAR PSİXOLOQ TƏCRÜBƏ PROQRAMI”

“PEŞƏKAR PSİXOLOQ TƏCRÜBƏ PROQRAMI” psixologiya sahəsində çalışmaq istəyən gənc psixoloqlar və tələbələr üçün nəzərdə tutulmuşdur.

Proqram 3 aylıq müddəti əhatə edir.
Ümumilikdə proqram çərçivəsində hər biri 90 dəqiqə olmaqla 24 mövzuda təlim və master-classlar keçiriləcək.

Bu proqram sayəsində siz psixoloji fəaliyyət üçün lazım olan vacib biliklərə yiyələnəcəksiniz.

“PEŞƏKAR PSİXOLOQ” TƏCRÜBƏ PROQRAMI 3 hissədən ibarətdir:
- Uşaqlarla psixoloji iş;
- Yetkinlərlə psixoloji iş;
- Psixoterapiya metodları (praktik texnikalar).

Proqramda iştirak etməklə iştirakçılar praktik fəaliyyət üçün lazım olan və müxtəlif yaş qruplarında tətbiq olunan diaqnostik metodikalarla tanış olacaq, bununla yanaşı psixoloji fəaliyyətin səmərəli olmasını təşkil edən psixoloji terapiya üsullarını öyrənəcəklər.

İştirakçılara proqram üzrə materiallar və Sertifikat təqdim ediləcək.

Təlimçi: Psixoloq Mətanət Əliyeva – Doktorant, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi.

Qrupda iştrakçı sayı 10-12 nəfər nəzərdə tutulur.

Dərslər canlı şəkildə keçirilir.

 

UNUTMAYIN, TƏHSİLƏ SƏRF OLUNAN ZAMAN ƏN DƏYƏRLİ ZAMAN, TƏHSİLƏ EDİLƏN YATIRIM ƏN GƏLİRLİ YATIRIMDIR.

 Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)