pesekar-ugurun-esaslari-vi

Peşəkar Uğurun Əsasları VI

Bu il keçirdiyimiz ən uğurlu təlimlərdən olan "Peşəkar Uğurun Əsasları" onlayn təlimlərinin bu həftə 6-cısına start verdik! 

Təlimlərə müsahibələr vasitəsilə 50 gənc seçildi.

Həftənin ilk təlim mövzusu “Karyera planlaması” idi və karyera planlamasının effektiv şəkildə həyata keçirilməsi haqqında məlumat verildi, eləcə də, iş mühitində bacarıqların əhəmiyyəti müzakirə olundu. Təlim zamanı həmçinin iştirakçıların karyera planlaması haqqında sualları cavablandırıldı.

“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” BMT-nin İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.