planetimizi-sagaldaq-usaqlar-ucun-resm-musabiqesi--

Planetimizi Sağaldaq: Uşaqlar üçün rəsm müsabiqəsi

 #PlanetimiziSağaldaq: 

Biz vaxtı geriyə döndərə bilmərik. Ancaq biz ağaclar yetişdirə, şəhərlərimizi yaşıllaşdıra, bağlarımızı dirçəldə, qida rasionumuzu dəyişə və çayları, sahilləri təmizləyə bilərik. Bu, bizim üçün önəmli andır. Biz təbiətlə yaxşı münasibət qura biləcək bir nəsilik.

Bu il Ümumdünya Ətraf Mühit Günündə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı "#PlanetimiziSağaldaq" mövzusunda rəsm müsabiqəsinin keçirilməsi üçün bir araya gəliblər.

Müsabiqə, hal-hazırda Azərbaycanda yaşayan və ətraf mühitin qorunmasının vacibliyi barədə məlumatın zənginləşdirilməsində maraqlı olan 7-12 yaşlı uşaqlar arasında keçirilir.

MÜRACİƏT QAYDALARI:

Ərizə formasını 26 may 2021-ci il tarixinədək doldurun

Bütün rəsmlərin (hər bir iştirakçı başına bir qeydiyyat) fotoşəkli çəkilməlidir və ərizəyə əlavə olunmalıdır. [Nəzərə alın ki, rəqəmsal təsvirlər münsiflər heyəti tərəfindən qəbul edilməyəcək.]

Bütün işlərə xüsusi yaradılmış Münsiflər Heyəti tərəfindən baxılacaqdır.

Qaliblər qeyri-adilik, texniki bacarıq və ətraf mühitin mühafizəsinə dair şəxsi baxış təqdim edilməsi əsasında seçiləcək.

Ən yaxşı 3 rəsmin müəllifi kitab mağazalarından 100, 70 və 50 AZN məbləğində hədiyyə kartları, rəsm dəstləri və sertifikatlar ilə mükafatlandırılacaq. Bundan əlavə, 10 namizəd fəxri dərəcə ilə təltif olunacaq və simvolik hədiyyələr əldə edəcəklər.

Müsabiqənin nəticələri Ümumdünya Ətraf Mühit günü, 5 iyun 2021-ci il tarixində, Abşeron Milli Parkında elan ediləcək.

#PlanetimiziSağaldaq #ÜmumdünyaƏtrafMühitGünü

Bu rəsm müsabiqəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “EU4Climate” layihəsi çərçivəsində təşkil olunur.

Delegation of the European Union to Azerbaijan