plastik-tullantilara-qarsi-mubarizede-genclerin-rolunun-artirilmasi-forumu-kecirilecek--

"Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması" forumu keçiriləcək

Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması" adlı yeni layihəyə start verir. 

Layihənin əsas məqsədi: 

- Gənclərin arasında ekoloji maarifləndirmə işini genişləndirmək

- Gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla birgə fəaliyyətə həvəsləndirmək

- Gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq

- Plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatların artırılması

- Plastik qabların istifadəsinin azaldılması və qarşısının alınması üçün praktiki yolların tapılması istiqamətində ekoloji tədbirlər keçirmək 

        Forum 29.04.2022-ci il tarixində "Park İnn by Radisson Baku" mehmanxanasında baş tutacaq. 

Forum Azərbaycanda plastik tullantılara qarşı birgə mübarizə aparmaq, ətraf mühitin təmizliyinə fikir verməklə ölkənin turizm potensialını daha da artırmaq məqsədilə hökümət və maraqlı tərəflər üçün platforma yaradacaq.

Forumda iştirak etmək üçün qeyd olunan link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət edə bilərsiniz. Müraciət edənlər e-mail və ya telefon vasitəsilə seçimlərin nəticələri haqqında məlumat əldə edəcəklər.

Müraciət üçün son tarix:     27 aprel 2022-ci il saat 18:00


Əlaqə vasitələri: 

E-mail: [email protected]

Tel:   050 391 15 21