plastiksiz-dunyaya-dogru-bir-yol-adli-vebinari-qacirmayin--

“Plastiksiz dünyaya doğru bir yol” adlı vebinarı qaçırmayın!

“Plastiksiz dünyaya doğru bir yol” adlı vebinar plastikin ətraf mühitə mənfi təsirləri haqqında, eləcə də plastik qablaşdırmanın tarixi və istifadəsi haqqında məlumatlılıq yaradacaq. Bununla yanaşı, plastik qablaşdırma tullantılarının səmərəli idarə olunmasının əhəmiyyəti haqqında bəhs ediləcəkdir.

Təlimçimiz ekoturizm mütəxəssisi olan Tural Ömərovdur. Tural Ömərov Şotlandiyanın Edinburq Universitetində Ekoturizm və Vəhşi Təbiətin Mühafizəsi üzrə ilk magistr təhsilini almışdır. Hazırda İsveçin Uppsala Universitetində Destinasiyaların Dayanıqlı İnkişafı üzrə magistr proqramında təhsil alır. O, 2014-2019-cu illərdə ekoturizm agentliyi kimi fəaliyyət göstərən “Campaign Azerbaijan” təşkilatının direktoru vəzifəsində çalışmışdır. 2021-ci il yanvar ayından sentyabr ayınadək Azərbaycan Turizm Bürosunda ekoturizm mütəxəssisi vəzifəsində çalışmışdır.

Vebinar aşağıdakı hissələr üzrə mövzuları əhatə edəcəkdir:
1. Plastiklər: tarixi, istifadəsi və təsirləri;
2. Dünya okeanı və plastik;
3. Dünyada və Azərbaycanda plastik qablaşdırma tullantılarının aqibəti;
4. Plastikdən imtina: biz nə edə bilərik?

Qeydiyyat üçün keçid

Tədbir onlayn formatda “Zoom” platforması üzərindən baş tutacaqdır. Keçid linki qeydiyyatdan keçmiş şəxslərə tədbirdən bir gün öncə göndəriləcəkdir.
Tədbir Sweden Students & Alumni Network Azerbaijan təşkilatının “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaqdır. Tədbirdə iştirak hər kəs üçün açıdqıdır.

Tədbirin vaxtı: 23 oktyabr 2021-ci il, saat 11:00 (Bakı vaxtı ilə)

Tədbir Sweden Students & Alumni Network Azerbaijan tərəfindən təşkil edilmişdir.

Plastik qablaşdırmalardan istifadənin azaldılması üçün bizə qoşulun!