PR menecerləri və bu sahəyə marağı olan gənclər üçün "Böhran vəziyyətlərinin idarəolunması simulyasiya”sı keçiriləcək
Gənclər təşkilatlarının rəhbər və nümayəndələri,
20 sentyabr, saat 14:30-da Gənclər təşkilatlarının PR menecerləri və bu sahəyə marağı olan gənclər üçün "Böhran vəziyyətlərinin idarəolunması simulyasiya”sı keçiriləcək.
Görüş zamanı iştirakçılar böhran vəziyyətlərini real ssenarilər əsasında necə idarə etməli olduqları ilə bağlı məlumatlanaraq simulyasiyada iştirak edəcəklər.
Qeyd edək ki, simulyasiya “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı ilə keçiriləcək.