praktiki-genc-sahibkarlar-ve-startaplar-uzre-fealiyyetler-telimi--

Praktiki “Gənc sahibkarlar və startaplar üzrə fəaliyyətlər” təlimi 

Biznesin idarəedilməsi üzrə ekspert Mübariz Quliyevin təqdimatında baş tutacaq təlimdə 

-  Sahibkarlıq nədir və haradan başlamalı?
-  KOB-lara dövlət dəstək mexanizmləri;
-  Maliyyə mənbələrinə çıxış;
-  Strateji sahibkarlıq istiqamətləri; 
-  İqtisadi rayonlara uyğun biznes ideyalarının tapılması mövzularını öyrənəcəksiniz.

Qeyd edək ki, Mübariz Quliyev hal-hazırda Türkiyənin Doğuş Universitetinin dissertantıdır və biznesin idarəedilməsi üzrə doktorluq dissertasiyası üzərində çalışır. 
6 ildən çoxdur ki, müxtəlif şirkətlərdə PR işinin təşkili ilə məşğuldur. "GUYS Group"a daxil olan 10 kommersiya və qeyri-kommersiya təsisatlarının direktoru vəzifələrini də icra etməkdədir. Bu günə kimi Mübariz Quliyevin rəhbərliyi altında 100-ə yaxın layihə uğurla icra olunmuşdur. Hal-hazırda Şəki KOBİM-in rəhbəridir və 6 rayonda 20 minə yaxın sahibkarın inkişafı üçün çalışır. "Bizim
Gənclik" İctimai Birliyinin Baş katibidir.

“Gənc sahibkarlar və startaplar üzrə fəaliyyətlər” təlimi 
 6 avqust
 13:00
 Sabunçu Gənclər Evində keçiriləcəkdir

Qeydiyyat linki