proact-telim-proqrami-merkezleri-artiq-fealiyyetdedir--

PROACT Təlim Proqramı mərkəzləri artıq fəaliyyətdədir


COVID-19 pandemiyasına qarşı profilaktik və cavab tədbirləri üzrə səhiyyə işçilərinin potensialının artırılması üçün həyata keçirilən PROACT Təlim Proqramı çərçivəsində Azərbaycanda 12 təlim mərkəzləri artıq fəaliyyətdədir.

Onlardan biri də mart ayının 4-dən etibarən Göyçay Rayon Mərkəzi Xəstəxanasında fəaliyyətə başlayıb. Təlimlər təlimçi həkim-koordinatorlar tərəfindən may ayının sonuna qədər davam edecək. Təlimlərə həkimlər, tibb işçiləri, əczaçılar və səhiyyə sistemində işləyən sürücülər cəlb olunub. Artıq bu günə kimi 2,398 səhiyyə işçisi təlim keçmib.

#USAID tərəfindən maliyyələşdirilən, Unicef Azerbaijan və TƏBİB tərəfindən icra olunan, World Health Organization Azerbaijan texniki dəstəyi ilə həyata keçirilən proqramın məqsədi infeksiyaların profilaktikası və onlara qarşı mübarizə, COVID-19 xəstəlik hallarının fərdi idarə olunması, əsas reanimatoloji tədbirlər, xəstəxanaların fövqəladə hallara hazırlığı, tibbi nəzarət, testləşdirmə, təmas qruplarının epidemioloji izlənilməsi, risklər haqqında məlumatlandırma kimi mövzularda məlumatlılığın artırılmasıdır.