professional-inkisaf-telimi-layihesinden-ders-planlamasi-telimine-qeydiyyat-basladi--

Professional Inkişaf Təlimi layihəsindən "Dərs Planlaması" təliminə qeydiyyat başladı

Artıq yay mövsümünü yaşayırıq və bir çoxlarımız məhs bu mövsüm özünü-inkişafla bağlı bir sıra planlar hazırlamışıq.

Mərkəzimizdə 24-25 iyun tarixlərində keçirilməsi nəzərdə tutulan təlimində iştirak bu baxımdan ən doğru seçim ola bilər. Layihə Professional Inkişaf Təlimi adlanır, mövzu isə "Dərs Planlaması"dır.

Təlim ingilis dilində aparılacaq. Iştirakçılar müvafiq sertifikatlarla təltif olunacaqlar.

Xüsusilə, tədris prosesi ingilis dilində aparılan beynəlxalq məktəblərin müəllimləri üçün ideal layihədir.

Həmçinin, gələcəkdə müəllim sənətinə yiyələnəcək tələbələr də təlimdə iştirak edə bilərlər.
TƏLIM ÖDƏNIŞLIDIR.

Ünvan: Abbas Səhhət, 40 (Gənclik Metrosundan 2-3 dəqiqəlik məsafədə)
Qeydiyyat üçün əlaqə: 051 201 88 00; 051 499 98 96