progro--smm-telimleri

PROGRO- SMM Təlimləri

82 nəfər Sosial Media Marketinqi təlimlərimizin məzunu oldu!

PROGRO platforması olaraq təşkil etdiyimiz SMM təlimlərimizi ötən həftə başa vurduq.

Təlimçimiz sosial media mütəxəssisi Şəfi Şəfiyev iştirakçılara Sosial Media Kanalları, Statistika və Sosial Media alətləri, Facebook səhifələrinin yaradılması və idarə edilməsi, Sosial Mediada reklamların yaradılmasından danışdı və praktik məsləhətlər verdi.

Qeyd edək ki, təlimlərdə iştirak üçün 225 gənc müraciət etmiş, onlardan yalnız 82-i seçilmişdir.

Bütün məzunlarımıza uğurlar arzu edirik!

“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.