progro--sumqayit-merkezi--i-sumqayit-karyera-sergisinde-istirak-edib

PROGRO Sumqayıt Mərkəzi “I Sumqayıt Karyera sərgisi”ndə iştirak edib

 

18-19 dekabr tarixlərində Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Gənclər evinin və Palıd Şirkətlər qrupunun birgə təşkilatçılığı ilə işaxtaranlar üçün “I Sumqayıt Karyera sərgisi” keçirilib.

PROGRO Sumqayıt mərkəzi sərgidə iştirak edib və işaxtaran gənclərə PROGRO- nun fəaliyyət dairəsi haqqında geniş məlumat verilib. Hər bir gəncə xidmətlərimizdən faydalanmaq tövsiyə olunub.

"PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ( Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.