progro-gence-merkezinin-novbeti-qonagi-avrora-groupun-insan-resurslari-uzre-mutexessisi-sadiq-ciraqzade-olmusdur--

PROGRO Gəncə mərkəzinin növbəti qonağı "Avrora Group"un İnsan Resursları üzrə mütəxəssisi Sadiq Çıraqzadə olmuşdur.

PROGRO Gəncə mərkəzinin növbəti qonağı "Avrora Group"un İnsan Resursları üzrə mütəxəssisi Sadiq Çıraqzadə olmuşdur. Görüş PROGRO Platformasının təşkilatçılığı ilə Texnologiya Universitetinin tələbələri və PROGRO "Peşəkar İnkişaf Proqramı" iştirakçıları üçün təşkil edilmişdir və 40 gənc tədbirdə iştirak etmişdir.

Görüşdə Sadiq Çıraqzadə “Gənclər və karyera” mövzusunda çıxış etdi, əmək bazarında peşəkar işçi profilini formalaşdırmaq üçün vacib olan nüanslar haqqında danışdı, müsahibə prosesində əsas diqqət yetirilən məqamlar haqqında məlumat verdi. Sonda gənclərin suallarını cavablandırdı.

PROGRO Platforması BMT-nin İnkişaf Proqramı ( UNDP Azerbaijan ) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi nin birgə əməkdaşlığı çərçivəsində yaradılmışdır və ABŞ Beynəlxalq İnkişaf Agentliyi ( USAID/Azerbaijan ) tərəfindən maliyyələşdirilir.