progro-gence-merkezinin-novbeti-qonagi-hazirda-amazon-sirketinin-boyuk-britaniya-ofisinde-front-end-developer-kimi-isleyen-orxan-ceferov-olmusdu--

PROGRO Gəncə mərkəzinin növbəti qonağı hazırda Amazon şirkətinin Böyük Britaniya ofisində Front-end developer kimi işləyən Orxan Cəfərov olmuşdu.

3 iyun tarixində PROGRO Gəncə mərkəzinin qonağı hazırda Amazon şirkətinin Böyük Britaniya ofisində Front-end developer kimi işləyən Orxan Cəfərov olmuşdu.
Orxan bəy görüş zamanı iştirakçılara IT sahəsinə necə başladığından, xarici şirkətlərdəki iş təcrübəsindən danışdı və qarşılaşdığı çətinlikləri bölüşdü. Əmək bazarında işçidən gözləntilər, işə qəbul zamanı müsahibələrdə diqqət olunan əsas məqamlar haqqında məlumat verdi.  
Sonda Orxan bəy iştirakçıları maraqlandıran sualları cavablandırdı və fəaliyyət göstərdiyi müəssisədəki işə qəbul prosesi, mövcud iş imkanları haqqında məlumat verdi. Orxan bəyə komandamız adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq.