progro-komandasi-sizi-pesekar-inkisaf-platformasina-devet-edir

PROGRO komandası sizi “Peşəkar İnkişaf Platforması”na dəvət edir. 

PROGRO komandası sizi “Peşəkar İnkişaf Platforması”na dəvət edir. 
Bu platformada siz fiziki təlimlər, məşğələlər, praktik tapşırıqlar, aktiv iş axtarışı, tədbirlərin təşkili, müxtəlif mövzularda təqdimatlar, şirkət nümayəndələri ilə görüşlər kimi bir çox fəaliyyətlərdə iştirak edəcək və iş mühitinə bir peşəkar kimi hazırlaşacaqsınız. Bəs bu platformada kimlər iştirak edə bilər?
Əgər:
- Uğurlu karyeraya başlamaq;
- Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək;
- Həyatdakı seçim imkanlarınızı genişləndirmək istəyirsinizsə;
O zaman TƏLƏSİN!
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:
- 30 yaşı tamam olmamış;
- Orta və ya ali ixtisas təhsilli;
- Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.
İştirak etmək istəyənləri 18 noyabr 2021-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:

Qeydiyyat linki


“Peşəkar İnkişaf Platforması” da iştirak tamamilə ödənişsizdir!
“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.
#youth #progro #progrotrainings #progroplatform #onlinetrainings #selfdevelopment