PROGRO Peşəkar İnkiş"PROGRO Talks" layihəsi çərçivəsində keçiriləcək növbəti görüşümüzə siz də qoşulun!
Əziz gənclər!
PROGRO Peşəkar İnkişaf və İnnovasiyalar Platforması olaraq təqdim etdimiz "PROGRO Talks" layihəsi çərçivəsində keçiriləcək növbəti görüşümüzə siz də qoşulun!
Layihənin budəfəki qonağı "Paşa Bank"-ın Agile kouçu və "Femmes Digital" müəssisəsinin həm-təsisçisi Şəhla Məmmədova olacaq. O, "AGILE-ın rəqəmsal transformasiyada rolu" mövzusunda çıxış edəcək və iştirakçıların suallarını cavablandıracaq.
Görüş 15 dekabr saat 11:00-da “Zoom” platforması üzərindən keçiriləcək.
İştirak üçün qeydiyyat linki:
"PROGRO Talks" layihəsinin keçirilməsində məqsəd müxtəlif sahə eskpertləri ilə gəncləri bir araya gətirmək, təcrübə mübadiləsi üçün şərait yaratmaq və gənclərin şəbəkələşmə bacarıqlarını inkişaf etdirməkdir.
“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” BMT-nin İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.