PROGRO Platforması olaraq Gəncə, Zaqatala və Sumqayıtda təşkil etdiyimiz PULSUZ ingilis dili kurslarının ikinci qrupuna qəbul prosesini açıq elan edirik!
Nəzərinizə çatdıraq ki, ingilis dili proqramının müddəti 6 aydır (sentyabrın 5-dən martın 31-dək). Dərslər A-Level LTD şirkətinin peşəkar müəllimləri tərəfindən tədris olunacaq.
Həftədə 3 dəfə dərs (90-dəqiqəlik) + həftədə 1 dəfə Danışıq Klubu
Proqramı uğurla bitirən gənclərə “İntermediate English” üzrə sertifikat veriləcək.
İştirak etmək istəyənləri 17 iyul 2022-ci il tarixinədək onlayn müraciət ilə qeydiyyatdan keçməyə dəvət edirik.
(Qeydiyyat formasında motivasiya ilə bağlı sualı cavablamaq vacibdir!)
“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir. A-Level Education Group – 1999-cu ildən etibarən təhsil və konsaltinq mərkəzi kimi fəaliyyət göstərərək gənclərin dil bacarıqlarının inkişafı metodologiyasına əsasən tədris xidmətləri göstərir.