PROGRO Platforması onlayn Microsoft Excel təlimləri həyata keçirir!
PROGRO Platformasının onlayn ixtisas təlimləri yenidən həyata keçirilir !
Sizi 10 günlük onlayn Microsoft Excel təlimlərinə dəvət edirik !
Karyeranıza dəstək olaraq MS Excel proqramını istifadə etməyi öyrənmək və ya təkmilləşdirmək istəyirsinizsə, bu təlimimizi qaçırmayın. PROGRO platformasının MS Excel təlimlərinə elə indi müraciət edin!
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən aparılacaq:
- 18-30 arasında olan;
- Orta və ya ali ixtisas təhsilli;
- Karyerasında MS Excel ehtiyacı olan;
- MS Excel istifadə etməyi öyrənməyə motivasiyalı;
- İnternetə mütəmadi qoşulma imkanı olan;
- Fəal, istəkli və öz üzərində işləməyə meyilli gənclər.
Təlimləri Algo Academy təsisçisi və müəllimi eləcə də beyləlxalq Microsoft Excel müəllimi sertifikatlı Səbinə Cəfərova tərəfindən aparılacaqdır.
Zoom vasitəsilə keçiriləcək onlayn təlimlərdə iştirak tamamilə ödənişsizdir!
Əlavə suallarınız olduqda, [email protected] ünvanına və ya səhifənin mesaj bölməsinə yaza bilərsiniz.
“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması”
UNDP AzerbaijanƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.