progro-platformasi-pesekar-inkisaf-telimleri-adli-onlayn-telim-proqramina-start-verdi

PROGRO platforması “Peşəkar İnkişaf Təlimləri” adlı onlayn təlim proqramına start verdi!

PROGRO platforması gənclərin istəyini nəzərə alaraq növbəti “Peşəkar İnkişaf Təlimləri” adlı onlayn təlim proqramına müraciətçi qəbuluna start verdi!

Əgər: 
- Uğurlu karyeraya başlamaq; 
- Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək; 
- Həyatdakı seçimlərinizi genişləndirmək istəyirsinizsə; 
- O zaman TƏLƏSİN və bizimlə peşəkar gələcəyinizin ilk addımlarını atın! 
Təlim zamanı əhatə olunacaq mövzular: 
- Karyera planlaması 
- Təqdimat 
- Tənqidi düşüncə 
- Emosional zəka 
- Şəxsi brendinq 
- CV 
- Müsahibə 
- Şəbəkələşmə 
- Onlayn biznes 
- Peşəkarlarla görüş 
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək: 
- 30 yaşı tamam olmamış; 
- Orta və ya ali ixtisas təhsilli; 
- İnternetə mütəmadi qoşulma imkanı olan; 
- Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər. 

İştirak etmək istəyənləri 12 iyul 2023-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik: 

Zoom vasitəsilə keçiriləcək onlayn təlimlərdə iştirak tamamilə ödənişsizdir!