progro-platformasi-sizi-onlayn-fotoqrafiya-telimlerine-devet-edir

PROGRO platforması sizi onlayn fotoqrafiya təlimlərinə dəvət edir!

Əziz gənclər,

PROGRO platforması sizi 5 günlük onlayn fotoqrafiya təlimlərinə dəvət edir.

Fotoqrafiya sənəti ilə maraqlanır, bu sahə üzrə peşəkar olaraq çalışmaq istəyirsinizsə, bu təlimlərimiz sizin üçündür!

Onlayn təlimlərdə iştirak tamamilə ödənişsizdir!

İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:

  • 30 yaşı tamam olmamış;
  • Orta və ya ali ixtisas təhsilli;
  • İnternetə mütəmadi qoşulma imkanı olan;
  • Fotoqrafiya sahəsinə marağı olan
  • Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.

İştirak etmək istəyənləri 28 noyabr 2020-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:

Qeydiyyatdan keç

Əlavə suallarınız olduqda, [email protected] ünvanına və ya səhifənin mesaj bölməsinə yaza bilərsiniz.

“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.