PROGRO Platforması sizi onlayn HTML& CSS və təməl Veb sayt hazırlanması təlimlərinə dəvət edir!
PROGRO Platformasının onlayn ixtisas təlimləri yenidən həyata keçirilir!
Sizi 10 günlük onlayn HTML& CSS və təməl Veb sayt hazırlanması təlimlərinə dəvət edirik!
Karyeranıza dəstək olaraq HTML& CSS proqramlaşdırma dilinini istifadə etməyi öyrənmək və ya təkmilləşdirmək istəyirsinizsə, bu təlimimizi qaçırmayın. PROGRO platformasının HTML& CSS və təməl Veb sayt hazırlanması təlimlərinə elə indi müraciət edin!
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən aparılacaq:
- 18-30 arasında olan;
- Orta və ya ali ixtisas təhsilli;
- Karyerasında HTML&CSS dili ehtiyacı olan;
- Bu sahəni öyrənməyə motivasiyalı;
- İnternetə mütəmadi qoşulma imkanı olan;
- Fəal, istəkli və öz üzərində işləməyə meyilli gənclər.
Təlimlər Algo Academy təsisçisi və müəllimi eləcə də peşəkar proqramçı Səbinə Cəfərova tərəfindən aparılacaqdır.
Zoom vasitəsilə keçiriləcək onlayn təlimlərdə iştirak tamamilə ödənişsizdir!
Əlavə suallarınız olduqda, [email protected] ünvanına və ya səhifənin mesaj bölməsinə yaza bilərsiniz.
“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması”
UNDP AzerbaijanƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.