PROGRO Platforması sizi onlayn Linux ƏS təlimlərinə dəvət edir!
PROGRO Platformasının onlayn ixtisas təlimləri yenidən həyata keçirilir!
Sizi 10 günlük onlayn Linux ƏS təlimlərinə dəvət edirik!
Karyeranıza dəstək olaraq Linux üzərində işləməyi öyrənmək və ya təkmilləşdirmək istəyirsinizsə, bu təlimimizi qaçırmayın. PROGRO platformasının Linux təlimlərinə elə indi müraciət edin!
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən aparılacaq:
- 18-30 arasında olan;
- Orta və ya ali ixtisas təhsilli;
- Linux və sistem adminstratorluğu sahəsinə maraqlı;
- Linux istifadə etməyi öyrənməyə motivasiyalı;
- İnternetə mütəmadi qoşulma imkanı olan;
- Fəal, istəkli və öz üzərində işləməyə meyilli gənclər.
Təlimlər Algo Academy müəllimi, eləcə də bu sahədə 6 ildən artıq iş təcrübəsinə malik olan Zülfüqar Baratzadə tərəfindən aparılacaqdır.
Zoom vasitəsilə keçiriləcək onlayn təlimlərdə iştirak tamamilə ödənişsizdir!
Əlavə suallarınız olduqda, [email protected] ünvanına və ya səhifənin mesaj bölməsinə yaza bilərsiniz.
“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması”
UNDP AzerbaijanƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.