progro-platformasi-sizi-pesekar-inkisaf-telimleri-adli-onlayn-telimlere-devet-edir

PROGRO platforması sizi “Peşəkar İnkişaf Təlimləri” adlı onlayn təlimlərə dəvət edir.

Əziz gənclər!

PROGRO platforması sizi “Peşəkar İnkişaf Təlimləri” adlı onlayn təlimlərə dəvət edir.

Əgər:

- Uğurlu karyeraya başlamaq;

- Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək;

- Həyatdakı seçimlərinizi genişləndirmək istəyirsinizsə;

- O zaman TƏLƏSİN və bizimlə peşəkar gələcəyinizin ilk addımlarını atın!

 

Təlim zamanı əhatə olunacaq mövzular:

- Karyera planlaması

- Təqdimat

- Tənqidi düşüncə

- Emosional zəka

- Şəxsi brendinq

- CV

- Müsahibə

- Şəbəkələşmə

- Onlayn biznes

- Peşəkarlarla görüş

 

İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:

- 30 yaşı tamam olmamış;

- Orta və ya ali ixtisas təhsilli;

- İnternetə mütəmadi qoşulma imkanı olan;

- Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.

 

İştirak etmək istəyənləri 14 iyul 2022-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:

Zoom vasitəsilə keçiriləcək onlayn təlimlərdə iştirak tamamilə ödənişsizdir!

“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması”

UNDP Azerbaijan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.