PROGRO platforması sizi “Peşəkar Uğurun Əsasları V” adlı iki həftəlik onlayn təlimlərə dəvət edir!
PROGRO platforması sizi “Peşəkar Uğurun Əsasları V” adlı iki həftəlik onlayn təlimlərə dəvət edir!
Əgər:
Uğurlu karyeraya başlamaq;
Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək;
Həyatdakı seçimlərinizi genişləndirmək istəyirsinizsə;
Onda TƏLƏSİN və bizimlə peşəkar gələcəyinizin ilk addımlarını atın!
Təlim zamanı əhatə olunacaq mövzular:
☑️ Karyera planlaması
☑️ Davamlı inkişaf bacarıqları
☑️ Tənqidi düşüncə
☑️ Emosional Zəka
☑️ Şəxsi-brendinq
☑️ Şəbəkələşmə
☑️Onlayn biznes
Onlayn təlimdə iştirak tamamilə ödənişsizdir!
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:
-30 yaşı tamam olmamış;
-Orta və ya ali ixtisas təhsilli;
-İnternetə mütəmadi qoşulma imkanı olan;
-Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.
Təlimlərə 16 sentyabr 11:00-da başlanılacaq.
İştirak etmək istəyənləri 14 sentyabr 2020-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:
“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.