PROGRO Platformasının təşkil etdiyi ödənişsiz ingilis dili kurslarına iştirakçı seçimi ilə bağlı imtahan prosesinə start verilib!
Növbəti günlərdə də müraciət etmiş gənclərlə imtahan prosesi davam edəcək.
İmtahandan uğurla keçən hər bir gənc 6 aylıq proqramdan yararlanaraq dil biliklərini inkişaf etdirmək şansı qazanacaq.
Nəzərinizə çatdıraq ki, “Peşəkar İnkişaf və İnnovasiyalar (PROGRO) Platforması” BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir və USAID tərəfindən maliyyələşdirilir.
PROGRO Platformasının əsas məqsədi peşəkar səriştəli gənclərin yetişdirilməsi və onların əmək bazarına inteqrasiyasının təmin edilməsidir. PROGRO Platforması Gəncə, Zaqatala və Sumqayıtda fəaliyyət göstərən Gənclərin Peşəkar İnkişaf Mərkəzləri vasitəsilə icra olunur

