progro-sumqayit-merkezi-sumqayit-gencler-evinde--genclerin-mesgulluguna-destek-adli-teqdimat-kecirdi

PROGRO Sumqayıt Mərkəzi Sumqayıt Gənclər Evində "Gənclərin məşğulluğuna dəstək" adlı təqdimat keçirdi

21 Aprel tarixində PROGRO Sumqayıt Mərkəzi Sumqayıt Gənclər Evində "Gənclərin məşğulluğuna dəstək" adlı təqdimat keçirdi.

Təqdimat zamanı PROGRO Platformasının gənclərin məşğulluq imkanlarının artırılması, şəxsi və peşəkar inkişafı üçün mövcud xidmətləri haqqında danışıldı. Həmçinin, əmək bazarında gənclərdən əsas gözləntilər vurğulanaraq , tələblərə uyğun namizəd olaraq formalaşmaq üçün diqqət olunmalı əsas məsələlərlə bağlı tövsiyələr verildi.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və kiçik oyun vasitəsi ilə təqdimatın xülasəsinin qalibləri hədiyyələr ilə mükafatlandırıldı.

Komandamız adından iştirakçılara və Gənclər Evinə təşəkkür edir, uğurlar diləyirik!