progro-sumqayit-merkezinin-novbeti-qonagi-boooaz-saytinin-qurucusu-qulamhuseyn-memmedov-olmusdur

PROGRO Sumqayıt mərkəzinin növbəti qonağı “Booo.az” saytının qurucusu Qulamhüseyn Məmmədov olmuşdur

      21 may tarixində PROGRO Sumqayıt mərkəzinin qonağı “Booo.az” saytının qurucusu Qulamhüseyn Məmmədov olmuşdur.

     Görüş zamanı Qulamhüseyn bəy biznes ideyasının seçilməsi və biznesin idarə edilməsi ilə bağlı ətraflı məlumat verdi. Qeyd etdi ki, “Yeni bir biznes ideyanız varsa ilk olaraq ideya ilə bağlı geniş araşdırma aparmaq vacibdir və bunun üçün əhatənizdən yararlana bilərsiniz. İdarəçilik bacarıqlarınızı inkişaf etdirin və öz komandanızda əsas idarəçi məhz siz olun. Biznesinizdə yaranan uğursuzluqlar sizi motivasiyadan salmasın, həmin uğursuzluqlardan nəticə çıxararaq öz biznesinizi böyütməyə çalışın.Uğurlu bir biznes üçün davamlı olaraq şəxsi inkişafınız üçün zaman ayırmalı və komandanızla daim ünsiyyətdə olmalısınız. ”.

      Sonda Qulamhüseyn bəy gənclərimizlə kiçik bir oyun oynadı və booo.az haqqında məlumat verdi.Həmçinin o gənclərimizə gələcəkdə öz bizneslerini yaratmaq istədikdə əlindən gələn köməyi əsirgəməyəcəyini bildirdi və iştirakçıların suallarını cavablandırdı. Qulamhüseyn bəyə gənclərimiz üçün ayırdığı zamana və verdiyi tövsiyələrə görə komandamız adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq.