progro-sumqayit-merkezinin-novbeti-qonagi-my-expert-sirketinin-yaradicisi-ve-el-plastikmmc-nin-iqtisadi-meseleler-uzre-komekcisi-huseyn-quliyev-oldu--

PROGRO Sumqayıt mərkəzinin növbəti qonağı “My Expert” şirkətinin yaradıcısı və “El-Plastik”MMC-nin iqtisadi məsələlər üzrə köməkçisi Hüseyn Quliyev oldu

       1iyun tarixində PROGRO Sumqayıt mərkəzinin qonağı “My Expert” şirkətinin yaradıcısı və “El-Plastik”MMC-nin iqtisadi məsələlər üzrə köməkçisi Hüseyn Quliyev oldu.
Hüseyn bəy görüş zamanı iştirakçılara öz karyera yolu haqqında məlumat verdi, qazandığı uğurları və qarşılaşdığı çətinlikləri bölüşdü. Əmək bazarında işçidən gözləntilər,işə qəbul zamanı müsahibələrdə diqqət olunan əsas məqamlar haqqında və CV-də əsasən nələrə diqqət oluması barədə ətraflı məlumat verdi.  
        Hüseyn bəy çıxışında  iştirakçılarla öz biznes fəaliyyətində qazandığı təcübələri bölüşdü. Bununla yanaşı start up zamanı maksimal effektivliyə nail olmağın yolları, eləcə də biznes mühitində qarşıya çıxa biləcək risklər və onların idarə olunması barədə maraqlı və faydalı məlumatlar ötürdü.
        Sonda Hüseyn bəy iştirakçıları maraqlandıran sualları cavablandırdı və fəaliyyət göstərdiyi  müəssisədəki işə qəbul prosesi, mövcud iş imkanları haqqında məlumat verdi və işləmək istəyi olan gənclərə CV – ni yönləndirməyi təklif etdi.Hüseyn bəyə komandamız adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq.