progro-sumqayit-merkezinin-novbeti-qonagi-seba-ascnin-insan-resurslarinin-idareedilmesi-departamentinin-direktoru-zulfiyye-novruzova-vilayet-qizi-olmusdur--

PROGRO Sumqayıt mərkəzinin növbəti qonağı “Səba Asc”–nin İnsan Resurslarının idarəedilməsi departamentinin direktoru Zülfiyyə Novruzova Vilayət qızı olmuşdur

         26 may tarixində PROGRO Sumqayıt mərkəzinin qonağı “Səba Asc” – nin İnsan Resurslarının idarəedilməsi departamentinin direktoru Zülfiyyə Novruzova Vilayət qızı olmuşdur.
        Zülfiyyə xanım görüş zamanı iştirakçılara öz karyera yolu haqqında məlumat verdi, qazandığı uğurları və qarşılaşdığı çətinlikləri bölüşdü. Əmək bazarında işçidən gözləntilər,işə qəbul zamanı müsahibələrdə diqqət olunan əsas məqamlar haqqında və CV-də əsasən nələrə diqqət oluması barədə ətraflı məlumat verdi.  
         Zülfiyyə xanım qeyd etdi ki,  “Dəyişən dünyada iş mühitində də dəyişiklər baş verir və əgər siz peşəkar işçi olmaq istəyirsizsə bu zaman öz üzərinizdə hər zaman işləməli və qarşınıza qoyduğunuz məqsədlərə inamla addımlamalısınız. Ancaq davamlı inkişafa səy göstərərək əmək bazarındakı dəyişikliklərə uyğunlaşa və iş tapma prosesinizi sürətləndirə bilərsiniz.Zülfiyyə xanım bunu da vurğuladı ki, iş mühitində məsuliyyətli, problem həll etməyi bacaran, yeni təkliflər irəli sürən, yaxşı ünsiyyət və mühitə adaptasiya olan , davamlı inkişafa meylli işçilərə hər zaman tələbat var.”.   
        Sonda Zülfiyyə xanım iştirakçıları maraqlandıran sualları cavablandırdı və fəaliyyət göstərdiyi  müəssisədəki işə qəbul prosesi, mövcud iş imkanları haqqında məlumat verdi və işləmək istəyi olan gənclərə CV – ni yönləndirməyi təklif etdi.Zülfiyyə xanıma komandamız adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq.