PROGRO Sumqayıt mərkəzinin növbəti qonağı “Turan Bank ASC”-nin Biznes Məhsulların İnkişaf şöbəsinin rəhbəri Emin Əhmədov oldu
10 mart tarixində PROGRO Sumqayıt mərkəzinin qonağı “Turan Bank ASC”-nin Biznes Məhsulların İnkişaf şöbəsinin rəhbəri Emin Əhmədov oldu.
Emin bəy gənclərə öz karyera planlaması haqqında məlumat verdi və “Peşəkar işçi necə olmalı?” “Karyera planlamasına nə zaman başlamalı?” haqqında gənclərə informasiya verdi. İşə qəbul prosesi haqqında gəncləri məlumatlandırdı. CV və müsahibələrdə diqqət edilən məqamları vurğuladı.
Emin Əhmədov: “Peşəkar işçinin zəhmətkeş, səmimi, dürüst, problemlərin həlli üçün təkliflər irəli sürən, məsuliyyətli, yardımsevər və tapşırıqları vaxtında yerinə yetirən biri olması əsas diqqət olunanan məqamlardan biridir.”
Sonda Emin bəy iştirakçıları maraqlandıran sualları cavablandırdı və fəaliyyət göstərdiyi müəssisədəki mövcud vakansiyalar haqqında ətraflı məlumat verdi. Emin bəyə gənclərimiz üçün ayırdığı zamana və öz təcrübələrini bölüşərək verdiyi tövsiyyələrə görə PROGRO komandası adından təşəkkür edir və uğurlar arzulayırıq.
“PROGRO-Peşəkar İnkişaf və İnnovasiyalar Platforması”
UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Məşğulluq Agentliyi ) tərəfindən yaradılmışdır və USAİD/Azerbaijan tərəfindən maliyyələşdirilir.




