progro-sumqayit-merkezinin-novbeti-qonagi-zirve-liseyi-nin-mudir-muavini-yasar-zeynalov-ve-iz-psixoloji-merkezinrehberi-arif-quliyev-oldu

PROGRO Sumqayıt mərkəzinin növbəti qonağı “Zirvə liseyi”-nin müdir müavini Yaşar Zeynalov və “İz Psixoloji Mərkəzin”rəhbəri Arif Quliyev oldu.

Bu dəfə PROGRO Sumqayıt mərkəzinin qonağı “Zirvə liseyi”-nin müdir müavini Yaşar Zeynalov və “İz Psixoloji Mərkəzin”rəhbəri Arif Quliyev oldu.

Yaşar və Arif bəy gənclərə öz karyera planlamaları haqqında məlumat verdilər və “Peşəkar işçi necə olmalı?” “Karyera planlamasına nə zaman başlamalı?” haqqında gənclərə informasiya verdilər.

Yaşar Zeynalov: “Peşəkar işçinin zəhmətkeş, səmimi, dürüst, problemlərin həlli üçün təkliflər irəli sürən, məsuliyyətli, yardımsevər və tapşırıqları vaxtında yerinə yetirən biri olması əsas diqqət olunanan məqamlardan biri olduğunu vurğuladı və həmçinin peşəkar işçi olmaq üçün öz sevdiyiniz işi görməli və hər zaman öz üzərinizdə çalışmalısınız.”

Arif Quliyev isə “İş görüşmələrində etdiyimiz davranışların qarşı tərəfdə bizim haqqımızda necə təsurat yaratdığını və bir işçinin düzgün iş mühitində hər zaman irəli gedə biləcəyini vurğuladı”

Sonda Yaşar və Arif bəy iştirakçıları maraqlandıran sualları cavablandırdı və fəaliyyət göstərdikləri müəssisədəki mövcud vakansiyalar haqqında ətraflı məlumat verdilər.Yaşar və Arif bəyə gənclərimiz üçün ayırdığı zamana və öz təcrübələrini bölüşərək verdiyi tövsiyyələrə görə PROGRO komandası adından təşəkkür edir və uğurlar arzulayırıq.