progro-talksun-novbeti-qonagi-fexri-agayev-olmusdur--

“PROGRO Talks”un növbəti qonağı Fəxri Ağayev olmuşdur

“PROGRO Talks”un növbəti qonağı biznes konsultant, idarəçi və təlimçi  Fəxri Ağayev olmuşdur.

PROGRO Gəncə mərkəzinin təşkil etdiyi görüşdə Fəxri Ağayev “Azərbaycanda Karyera” mövzusunda çıxış etdi, əmək bazarında peşəkar işçi profilini formalaşdırmaq üçün vacib olan nüanslar haqqında danışdı, işaxtaran gənclərə iş mühitində tələb olunan əsas keyfiyyətlər haqqında məlumat verdi. Sonda gənclərin suallarını cavablandırdı.

PROGRO Platforması BMT-nin İnkişaf Proqramı ( UNDP Azerbaijan ) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi nin birgə əməkdaşlığı çərçivəsində yaradılmışdır və ABŞ Beynəlxalq İnkişaf Agentliyi ( USAID/Azerbaijan  ) tərəfindən maliyyələşdirilir.