progro-zaqatala-merkezinde-ingilis-dili-kurslarini-ugurla-bitiren-mezunlara-sertifikatlarin-teqdimat-merasimi-kecirildi

PROGRO Zaqatala mərkəzində ingilis dili kurslarını uğurla bitirən məzunlara sertifikatların təqdimat mərasimi keçirildi

31 avqustda PROGRO Zaqatala mərkəzində ingilis dili kurslarını uğurla bitirən məzunlara sertifikatların təqdimat mərasimi keçirildi, 6 aylıq proqramı uğurla bitirən məzunlara “İntermediate English” üzrə sertifikat təqdim edildi.

Bu uğuru əldə edən məzunlarımızı təbrik edir və onlara gələcək karyeralarında uğurlar arzulayırıq.

Qeyd edək ki, “Peşəkar İnkişaf və İnnovasiyalar (PROGRO) Platforması” BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir və USAID tərəfindən maliyyələşdirilir.