progro-zaqatala-merkezinin-novbeti-qonagi-accessbank-qsc-nin-zaqatala-filiali-nin-rehberi--elvin-rzayev--olmusdur--

PROGRO Zaqatala mərkəzinin növbəti qonağı “AccessBank QSC-nin Zaqatala filialı” nın rəhbəri Elvin Rzayev olmuşdur.

15 mart tarixində PROGRO Zaqatala mərkəzinin qonağı “AccessBank QSC-nin Zaqatala filialı” nın rəhbəri  Elvin Rzayev  olmuşdur. 
        Görüş zamanı Elvin bəy gənclərə uğurlu karyerası haqqında məlumat verməklə yanaşı, uğurlu karyeraya sahib olmaq üçün atılması vacib addımlar,  əmək bazarının tələbləri,  bank sektorunda  işə qəbul prosesi və s mövzular ətrafında da ətraflı məlumat verdi. 
        Elvin bəy qeyd etdi ki,  “Yalnız özünüzü peşəkar kadr olaraq formalaşdırmaqla əmək bazarında yerinizi tuta bilərsiniz.  İş tapmaq düşündüyünüz qədər çətin deyil, əsas məsələ işdə dayanıqlılığı təmin etmək və karyera inkişafına nail olmaqdır.  Bunun üçün də davamlı olaraq özünüzü inkişaf etdirməli, sahəniz  üzrə peşəkarlaşmağa və  şəxsi brendinizi formalaşdırmağa səy göstərməlisiniz”.Elvin bəy   həm də işçi axtarışı zamanı qarşılaşdığı çətinlikləri vurğulayaraq əmək bazarında işləmək  motivasiyası olan, peşəkar kadrlara olan ehtiyacı da vurğuladı və gənclərə  hədəflərinə doğru gedən yolda mentor dəstəyindən istifadə etməyi  tövsiyə etdi.
        Sonda Elvin bəy iştirakçıları maraqlandıran sualları cavablandırdı və fəaliyyət göstərdiyi müəssisədəki mövcud vakansiyalar haqqında ətraflı məlumat verdi.Elvin bəyə gənclərimiz üçün ayırdığı zamana və öz təcrübələrini bölüşərək verdiyi tövsiyələrə görə PROGRO komandası adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq.

 

Qeyd etmək lazımdır ki, “PROGRO-Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan  ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  ( Dövlət Məşğulluq Agentliyi ) tərəfindən yaradılmışdır və USAID/Azerbaijan  tərəfindən maliyyələşdirilir.