progro-zaqatala-merkezinin-novbeti-qonagi-magic--food-quru-meyve-brendinin--ve-yoll--layihesinin-qurucusu-rafael-sulxayev--olmusdur

PROGRO Zaqatala mərkəzinin növbəti qonağı “Magic Food” quru meyvə brendinin və “Yoll” layihəsinin qurucusu Rafael Sulxayev olmuşdur

06 iyun tarixində PROGRO Zaqatala mərkəzinin qonağı “Magic Food” quru meyvə brendinin və “Yoll” layihəsinin qurucusu Rafael Sulxayev olmuşdur.

Görüş zamanı Rafael bəy öz biznes ideyasının formalaşması, idarəetmə strategiyası, qarşılaşdığı problemlərə tətbiq etdiyi həll üsulları haqqında ətraflı məlumat verdi. Rafael bəy qeyd etdi ki, “Arzuladığınız işin arxasınca gedin. Əgər hər hansı bir biznes qurmaq istəyirsinizsə bu sizin əsas məqsədiniz olmalıdır və sürətli bir şəkildə onu əldə etməyə çalışmalısınız. Əmək bazarında biznesdə olan boşluqları müəyyən edərək tələblərə uyğun təklif verin və ən əsası ideyanızla bağlı öz dəyərinizi ortaya qoyun”. Həmçinin, işçi qəbulu zamanı işçilərdən əsas tələbləri qeyd etdi və sonda iştirakçıların suallarını cavablandırdı.

Rafael bəyə ayırdığı zamana və verdiyi tövsiyələrə görə komandamız adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq.